525.Az
Gəncədə küçədə yeni doğulmuş uşaq tapıldı
Gəncədə küçədə yeni doğulmuş uşaq aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyunun 22-də Nizami (Gəncə) rayonunda qeydə alınıb. Rayonun Yeni Gəncə qəsəbəsində yeni doğulmuş oğlan uşağı tapılıb.
Uşaq Gəncə şəhər Körpələr Evinə təhvil verilib.
23.06.2016
çap et