525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1993-cü il. Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilib.
 
İyunun 24-ü maşınqayırma sənayesi işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 2012-ci il 19 noyabr tarixli Sərəncamı ilə hər il iyunun 24-ü Azərbaycan Respublikasında “Maşınqayırma sənayesi işçiləri günü” peşə bayramı qeyd edilir.
 
1863-cü il. İsveçrəli Henri Dünan tərəfindən Qırmızı Xaç Cəmiyyətinin təməli qoyulub.

Cəmiyyət 1869-cu ildən etibarən bütün dünyada yaralılarla yanaşı, daşqın, zəlzələ, epidemiya, aclıq və s. fəlakətlərin qurbanlarına da yardım etməyə başlayıb.
 
1901-ci il. İspaniya rəssamı, heykəltəraş, qrafik, keramist və dizayner, XX əsr incəsənətinin tanınmış nümayəndələrindən olan Pablo Ruiz Pikassonun (1881–1973) əsərləri ilk dəfə nümayiş etdirilib.

Pikassonun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
 
1953-cü il. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyev anadan olub (1953–1992).

1992-ci il fevralın 25-də Ə.Hacıyev Xocalı səhərinin müdafiəsi uğrunda qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

1987-ci il. Məşhur argentinalı futbolçu Lionel Andres Messi anadan olub.
 
1959-cu il. Azərbaycan şairi, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar incəsənət xadimi Abdulla Şaiq vəfat edib (1881-1959). 

Şair “Gülşəni ədəbiyyat”, “Yaxşı arxa”, “Tülkü, qarğa, hacıleylək”, “Tıq-tıq xanım”, “Tülkü və xoruz”, “Uşaq çeşməyi” kimi bir sıra əsərlərin müəllifidir.

A.Şaiqin “Rəqs edən bağalar”, “Tülkü həccə gedir”, “Pıspısa xanım və Siçan bəy” əsərləri əsasında filmlər çəkilib.
 





24.06.2016    çap et  çap et