Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın Xocalı soyqırımı ilə bağlı yürüş keçirməsinə icazə verməyib.
“Media forum”un məlumatına görə, meriyanın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun cavab məktubunda qeyd olunub ki, fevralın 26-da Xətai rayonunda, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə dövlət tədbirinin keçirilməsi planlaşdırılıb: “Həmin tədbirdə dövlət başçısı, hökumət üzvləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak edəcəklər. İctimai asayişin təhlükəsizliyinin təmin edilməsi üçün abidənin yerləşdiyi yerə yaxın ərazilərdə vətəndaşların və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Ona görə də fevralın 26-da planlaşdırılan yürüşün keçirilməsi mümkün hesab olunmur”.
İctimai Palata yürüşü Xətai rayonu ərazisindəki “AMAY” Ticarət Mərkəzinin qarşısındakı meydandan Xocalı soyqırımı abidəsinə qədər keçirmək istəyirdi.
çap et