525.Az

Amerika kubokunun qalibi müəyyənləşdi


 

Amerika kubokunun qalibi müəyyənləşdi<b style="color:red"></b> Bu gecə futbol üzrə Amerika kubokunun qalibi müəyyənləşib.
 
APA-nın məlumatına görə, Nyu-York yaxınlığında yerləşən “Metlife” stadionunda,  82 min azarkeş önündə keçirilən final matçında Çili və Argentina yığma komandaları qarşılaşıb.
 
Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün on bir metrlik cərimə zərbələri seriyası təyin olunub. Penaltiləri daha dəqiq yerinə yetirən Çili yığması rəqibinə 4:2 hesabı ilə qalib gələrək Amerika kubokunun qalibi olub. Çili ardicil ikinci dəfədir ki, Amerika kubokuna sahib çıxıb.
 
Bir gün əvvəl isə Kolumbiya 1:0 hesabı ilə ABŞ  yığmasını məğlub edərək turnirin bürünc medallarını qazanıb.
 





27.06.2016    çap et  çap et