525.Az

Daha bir “Ulduz”


 

Daha bir “Ulduz”<b style="color:red"></b>

“Ulduz” jurnalının yeni - iyun sayı üçün ənənəvi ekspert yazısını professor Nizaməddin Şəmsizadə qələmə alıb.

“Çağdaş ədəbi prosesin ulduzu” yazısında ekspert jurnalın tələbkar oxucuların zövqünə uyğun olduğunu bildirir.

Ekspert rəyini Elşən Əzimin “Özüylə söhbət”i izləyir. Filologiya üzrə fəlsəfə doktoru Təranə Turan Rəhimli “Sürət qatarında mavi səmaya kaci motociro yolu” yazısında yapon yazıçı Kaci Motocironun həyat və yaradıcılığından bəhs edib. Günay Səma Şirvanın haykuları “Qürbət şeirləri” bölməsində yer alıb. “Qəzəl de ki...” bölməsində Vüqar Rahinin şeirləri verilib. “Tribuna”da İradə Musayeva Vahid Qazinin “Çöl Qala” povesti kontekstində “İnsan ruhunun yaratdığı üçüncü dünya”dan danışır. Aleksandra Akulovanın “Geriyə qayıdış” yazısı jurnalın “Debüt” rubrikasında dərc olunub. Balayar Sadiqin şair Qulu Ağsəsə həsr ediyi “Bir yarpaq ümid” başlıqlı şeirləri “Sonet çələngi” bölməsində öz əksini tapıb.

“Türk eli” rubrikasında yer alan qırğız yazıçı Mar Baciyevin “Oğru” hekayəsi Nəsibə Əbilovanın tərcüməsində təqdim edilib. Gülayə Şınıxlı “Hər səsi çevirib söz etmək olmur” yazısında şair Əkbər Qoşalının poeziyasından söz açıb.

“Tərcümə saatı”nda Əlizadə Nurinin tərcüməsində Sergey Yeseninin şeirləri və Eyvaz Zeynalovun çevirdiyi, Şərəf Yılmazın “Konsulun köpəyi” hekayəsi verilib.

Nisə Rəhimovanın “Sarmaşığın intiharı”, Nurlan Ağanın “Ana hakimiyyəti yoxsa oğul hökmü?” yazıları, Cavid Zeynallının təqdimatında Cemil Kavukçunun “Tut” hekayəsi, İslam Sadıq və Rauf Qəribin şeirləri də jurnalın bu sayındadır.

“Şeir vaxtı”nda Sevil İşıq, Əlirza Həsrət və Şəfəq Sahiblinin şeirləri dərc edilib.

“Debüt”də Aleksandra Akulovanın “Geriyə qayıdış” və Ülviyyə Kərəmqızının “Cənnət səsləri” yazıları, Leyla Əsədullayevanın və Aygün Məmmədzadənin isə şeirləri yer alıb.

“Nəsr”də Orxan İsmayılın “Ən yaxın dost” hekayəsi verilib.

Səxavət Sahil “Məhəbbətinə əbədi heykəl qoyan - Françesko Petrarka”dan yazıb.

Jurnalın ənənəvi “Dərgidə kitab” layihəsinin budəfəki qonağı şair Emin Piridir.

Müşfiq ŞÜKÜRLÜ

 





27.06.2016    çap et  çap et