525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün <b style="color:red"></b> 2015-ci il. “Bakı-2015” birinci Avropa Oyunlarının bağlanış mərasimi keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Azərbaycan idmançıları yarışlarda 21 qızıl, 15 gümüş və 20 bürünc medalını qazanaraq komanda hesabında ikinci yeri tutublar.
 
2000-ci il. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi barədə tövsiyə qərarı qəbul olunub.

AŞPA Siyasi Komitəsinin Azərbaycan üzrə məruzəçi Jak Bomelin (Fransa) hesabatı üzrə keçirilmiş səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə səs verib, 5 nəfər bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.

Azərbaycan 2001-ci il yanvarın 25-də rəsmən Avropa Şurasına üzv qəbul olunub.
 
1914-cü il. Antanta dövlətləri və Almaniya arasında Birinci dünya müharibəsinin rəsmən başa çatmasını təsbit edən Versal sülh müqaviləsi imzalanıb.
 
1837-ci il. Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin doğum günü (1837-1907).

Maarifçi Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda və bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi və Rusiyada ilk turkdilli qəzet – "Əkinçi"nin naşiri (1875), Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906) olub.
 
1914-cü il. Azərbaycanın teatr və kino aktrisası, Azərbaycanın Xalq artisti Barat Şəkinskayanın doğum günü (1914-1999).

Barat Şəkinskaya Azərbaycanın ilk travesti - oğlan rolları oynayan aktrisası olub.

Aktrisa Azərbaycanın bir sıra məşhur filmlərində maraqlı obrazlar canlandırıb. “Görüş” (1955), “O olmasın, bu olsun” (1956), “Qızmar günəş altında” (1957), “Kölgələr sürünür” (1958), “Qəribə əhvalat” (1960), “Telefonçu qız” (1962), “Azərbaycan teatrının ustaları” (1966), “Evin kişisi” (1978), “Onun bəlalı sevgisi” (1980), “Üzeyir ömrü” (1981) filmlərində Barat Şəkinskayanın oynadığı rollar kino tariximizin incilərindən sayılır.
 
1863-cü il. Rusiya imperiyasının Azərbaycan əsilli hərbi xadimi, tam süvari qoşunu general-leytenantı (1916).

Hüseyn xan Naxçıvanskinin doğum günü (1863– 1919). Hüseyn xan Rusiya-Yaponiya müharibəsində (1904-1905) qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayının komandiri olub. Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanski 1919-cu ildə Petroqradda bolşeviklər tərəfindən güllələnib və Aleksandr Nevski monastırının qəbiristanlığında dəfn olunub.
 
1945-ci il. Məşhur türk aktrisası Türkan Şoray anadan olub. Əslən Azərbaycandan olan Türkan Şorayı Türkiyənin mirvarisi adlandırırlar.

İlk dəfə filmə 15 yaşında çəkilib, 28 yaşına çatanda çəkildiyi filmlərin sayı 200-ə çatıb. Bu, ildə orta hesabla 13-14 film deməkdir. Vətən qarşısında xidmətlərinə görə ona Türkiyənin Dövlət Sənətçisi fəxri adı verilib.
 





28.06.2016    çap et  çap et