525.Az

UEFA Belçika Futbol Federasiyasını cəzalandırdı


 

UEFA Belçika Futbol Federasiyasını cəzalandırdı<b style="color:red"></b>

UEFA Belçika Futbol Federasiyasını cəzalandırıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Belçika millisinin azarkeşlərinin "Avro-2016"da qaydalara zidd davranışları səbəb olub.

Qrup mərhələsində İrlandiya ilə Bordoda keçirilən oyun (3:0) zamanı belçikalı azarkeşlər pirotexniki vasitələrdən istifadə edib və meydana yad əşyalar atıb. Bu səbəbdən UEFA Belçika Futbol Federasiyasına 5 min avro cərimə kəsib.

Qeyd edək ki, UEFA daha öncə eyni səbəbdən Macarıstan Futbol Federasiyasını 65 min avro məbləğində cəzalandırıb.

 





28.06.2016    çap et  çap et