525.Az

Vikinqlər dövrünə aid ən böyük xəzinə tapılıb


 

Vikinqlər dövrünə aid ən böyük xəzinə tapılıb<b style="color:red"></b>

Danimarkada üç həvəskar arxeoloq vikinqlərin tarixdə ən böyük qızıl kolleksiyasını tapıblar.

AZƏRTAC naukatehnika.com saytına istinadən xəbər verir ki, arxeoloqlar Yutlandiya yarımadasının cənubunda yerləşən Vayen adlı ərazidə X əsrə aid olan altı ədəd qızıl, bir gümüş qolbaq tapıblar.

Xəzinədəki qızılın ümumi çəkisi 900 qramdır. Bu, Danimarkada tapılan vikinqlərin dövrünə aid ən böyük nümunədir.

Qeyd edək ki, tapılan qızılların gümüş qablarla birlikdə ümumi çəkisi təxminən bir kiloqramdır. Vikinqlərin indiyədək Danimarkada tapılan ən böyük qızıl xəzinəsi 750 qram olub.

 





28.06.2016    çap et  çap et