525.Az

PEN klubun iclası keçirildi


 

PEN klubun iclası keçirildi<b style="color:red"></b>

Azərbaycan PEN klubunun iclası keçirilib.

Klubdan 525.az-a verilən məlumata görə, iclas 2o il təşkilatın sədri olan Maqsud İbrahimbəyovun xatirəsini yad etməklə başlayıb.

İclasda Avropa ölkələrində müxtəlif tədbirlərin keçirilməsi məsələlərinə baxılıb. İspan, alman, fransız və italyan dillərində Qarabağ hadisələri ilə bağlı ədəbiyyatın az olduğu qeyd edilib.

Yazıçıların, tərcüməçilərin, o cümlədən, nəşriyatların bu məsələyə cəlb edilməsi qərara alınıb.

İclasda PEN-klubun prezidenti, Xalq yazıçısı Çingiz Abdullayev, vitse-prezident Natiq Rəsulzadə, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, icraçı direktor Elmar Şeyxzadə və digərləri çıxış ediblər.

 





29.06.2016    çap et  çap et