525.Az
Məhkum Müalicə Müəssisəsində ölüb
Azərbaycanda məhkum ölümü baş verib.
APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə olunan, 1968-ci il təvəllüdlü Rövşən Əlibala oğlu Yəhyayev vəfat edib.
Qeyd edək ki, Gəncə şəhər sakini Rövşən Yəhyayev bir neçə il əvvəl Samux rayon sakini Əli Rizvanovu bıçaqlamaqda təqsirləndirilərək azadlıqdan məhrum edilib.
02.07.2016
çap et