525.Az

“Kardeş kalemler” dərgisinin yeni sayında...


 

“Kardeş kalemler” dərgisinin yeni sayında...<b style="color:red"></b>

“Kardeş kalemler” dərgisinin may nömrəsi Türk Dünyasında İlin adamı seçilmiş, Özbəkistanın böyük söz ustası, şair, yazıçı Şükrullaya həsr olunub.

Dərginin “İraq” bölümündə Ammar Məhəmməd Nur Taha Sılaoğlunun şeirləri yer alıb. “Azərbaycan” bölməsində Vaqif Bayatlı Odərin, Xəzangülün şeirləri və Afaq Məsudun “Qəza” hekayəsi verilib. “Qırğızıstan” bölməsində Toloğon Mamayevin şeirləri və Rahat Abdıyevanın “Ala To ədəbiyyatı dərgisi, üç aylıq kültür və ədəbiyyat dərgisi, aprel/may/iyun - 2016, 5-ci sayı” yazısı yer alıb.

“Makedoniya” bölümündə Rabiə Ruşidin “Günəş doğarkən” və “Gül qurusu” şeirləri təqdim edilib.”Özbəkistan” rubrikası böyük özbək şairi Şükrullanın öz dilindən qələmə aldığı bioqrafiyası ilə açılır. Yazını Şükrullahın şeirləri izləyir.

Rubrikada Tahir Qəhhərin “Yıxılmayan ruh, qırılmayan qələm”, Firəngiz Şərifovanın tərcüməsində professor Qazaxbəy Yoldaşın “Ağsaqqal şairin möhtəşəm şeirləri”, Hüseyn Özbayın çevirdiyi “Kəfənsiz gömülənlərin aynasında sürgün illəri həqiqəti”, “Cədid fəaliyyətinin aynası (Həmid Xocayev),  “Dostun Şükrulla”(Bəxtiyar Nəzərov) yazıları da verilib.

“Türkmənistan” bölməsində Hüdayi Canın tərcüməsində Əhməd Halmuradın “Könül quşu” hekayəsi yer alıb. “Uyğur” bölməsində İsmayıl Çingiz “Abdulxaliq Uyğur”un həyat və yaradıcılığından bəhs edib. “Türkiyə” bölməsində isə Cəmilə Xınacının “Türk dünyası qadın aydınlanması və Qazax yazar Qabit Musrəpovun Ulpan roman tərcüməsi”, Bəkir Yavuz Pəkacarın “Qazaxıstanın müstəqilliyinin 25-ci ilində  Qazax dili və ədəbiyyatı tədqiqatları” Panel və kitab təqdimatı” yazıları verilib.

Müşfiq ŞÜKÜRLÜ

 





02.07.2016    çap et  çap et