525.Az

“Sosial həyat” jurnalının iyun sayı


 

“Sosial həyat” jurnalının iyun sayı <b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təsis etdiyi “Sosial həyat” jurnalının yeni sayı çapdan çıxıb.

Jurnal “Rəsmi xronika” ilə açılır. Burada prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimindəki çıxışına və Sabunçu rayonunun Nardaran qəsəbəsinin sakinləri ilə görüşünə yer verilib.

“Sosial siyasət” bölməsində əmək və əhalinin sosial müdafiə naziri, professor Səlim Müslümovun “Azərbaycan Respublikasında sosial inteqrasiya” yazısı yer alıb.

“Layiqli əmək”də Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində hazırlanan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” ilə bağlı keçirilən kofrans haqda geniş məlumat var.

“Azərbaycan və Tacikistan arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlığa dair saziş” barədə informasiya “Beynəlxalq əməkdaşlıq”da təqdim olunub.

“İslahat” bölməsində “Sosial xidmətin inkişafı” adlı Tvinninq Layihəsi çərçivəsində sosial xidmət işçiləri üçün təşkil olunan silsilə təlimlərin yekun tədbirindən danışılıb.

Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusla “Nazirlikdə keçirilən görüş növbəti bölmədə verilib.

“Demoqrafiya”da Səlim Müslümovun UNEPA-nın Türkiyədəki nümayəndəsi Karl Kulessa ilə keçirilən görüşü nəzərə çatdırılıb.

Səlim Müslümovun Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilməsi ilə bağlı informasiya “Nailiyyət” bölməsində yer alıb. “Konfrans”da əmək və əhalinin sosial müdafiə nazirinin müavini İdris İsayevin çıxışı öz əksini tapıb.

“Beynəlxalq əlaqələr”də Beynəlxalq Əmək Konfransının  sessiyasında ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar kursundan bəhs olunub.

“Təcrübə mübadiləsi” rubrikası Azərbaycanın və Rusiyanın əmək, məşğulluq, sosial sığorta sahəsində fəaliyyət göstərən qurumları arasındakı əməkdaşlıqdan bəhs edir.

“Tədbir” bölümündə YAP sıralarına qəbul olunmaq üçün müraciət edən əməkdaşlara partiyanın üzvlük vəsiqələrinin təqdimatı işıqlandırılıb. Həmçinin tələbə və məzunlar üçün növbəti aktiv məşğulluq tədbirlərindən bəhs edilib.

“Sosial müdafiə” bölməsində Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni fərdi yaşayış evlərini Qarabağ müharibəsi əlilləri və şəhid ailəsinin istifadəsinə verməsindən söz açılır.

“Reabilitasiya”da “Əlilliyi olan şəxslərin xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili işləri”ndən və “Sosial xidmət sahəsində dövlət sosial sifarişləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədən danışılır.

“İctimai rəy” bölməsində “Əmək və sosial müdafiə sistemi ictimai fikrin aynasında” adlı sorğu təqdim edilib.

“Xəbərlər”də fərdi uçot sistemi və əlilliyi olan şəxslərin istirahətinin təşkili barədə məlumat verilib.

“Elektron xidmətlər”də əmək və sosial müdafiə üzrə e-xidmətlərdən istifadə statistikasının artdığı qeyd olunub.

Nazirliyin Əmək və Sosial problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru Vüqar Həsənov “Herontologiya anlayışı və Azərbaycanda bu mühüm sahənin inkişaf etdirilməsi” barədə “Tədqiqat” bölümündə söhbət açıb.

“Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev “Vətəndaş cəmiyyəti” bölməsində yer alan yazısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə QHT-lərin əməkdaşlığının dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının ən bariz və təqdirəlayiq nümunəsi olduğunu bildirib.

“Fəaliyyət” bölməsində Əlilliyi olan şəxslərin səmərəli bərpa-müalicə xidmətlərindən danışılır.

“Bizə yazırlar” rubrikasında nazirliyə ünvanlanan məktublara diqqət ayrılıb.

“Baxış bucağı”nda isə Nərmin Dadaşova “Hüzur evinin sakini olmaq”dan yazıb.

Müşfiq ŞÜKÜRLÜ

 





02.07.2016    çap et  çap et