525.Az

Samux rayonunun qaz təchizatı məhdudlaşdırılır


 

Samux rayonunun qaz təchizatı məhdudlaşdırılır<b style="color:red"></b>

Bu gün Qazax magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, iyulun 4-də saat 10:00-dan 18:00-a qədər "Qaz İxrac" İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin "Ağasibəyli" qazpaylama stansiyasında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Samux rayonunun Ağasıbəyli, Əhmədbəyli və Əlibəyli kəndlərinin qaz təchizatına təsir göstərməsi mümkündür.

 





04.07.2016    çap et  çap et