525.Az

Bakının Nizami rayonunun su təchizatı məhdudlaşdırılır


 

Bakının Nizami rayonunun su təchizatı məhdudlaşdırılır<b style="color:red"></b> Bu gün Bakının Nizami rayonunda suyun verilməsində məhdudiyyətlə olacaq.
 
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Nizami rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş magistral su xətləri mövcud sistemlərə birləşdirilir.

Bununla əlaqədar iyulun 4-də gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.
 





04.07.2016    çap et  çap et