525.Az

Bu il 200-ə yaxın çoxmərtəbəli bina qazlaşdırılıb


 

Bu il 200-ə yaxın çoxmərtəbəli bina qazlaşdırılıb<b style="color:red"></b> SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
 
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, birlik bu ilin yanvar-iyun aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 193 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.
 
Qeyd edək ki, həmin binalarda ümumilikdə 7214 ailə yaşayır.
 
“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.
 





04.07.2016    çap et  çap et