525.Az

Nardaran polis bölməsinə rəis təyin edildi


 

Nardaran polis bölməsinə rəis təyin edildi<b style="color:red"></b> Sabunçu rayon Polis İdarəsinin yeni yaradılmış 42-ci polis bölməsinə rəis təyin olunub.
 
APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə 42-ci polis bölməsinin rəis müavini Tərxan Əhmədov bölmənin rəisi təyin olunub.
 
Qeyd edək ki, 42-ci polis bölməsi yaradılandan  bölməyə rəis təyin edilməyib.

Polis polkovniki Azər Cahangirov bir müddət bölmənin rəisi vəzifəsini icra etsə də, daha sonra o, tutduğu vəzifədən azad edilərək Abşeron rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
 





04.07.2016    çap et  çap et