525.Az

Yağmurlu hava bəzi sürüşmə sahələrində aktivləşmə yaradıb


 

Yağmurlu hava bəzi sürüşmə sahələrində aktivləşmə yaradıb<b style="color:red"></b> Bir neçə gündür, müşahidə olunan yağmurlu hava bəzi sürüşmə sahələrində aktivləşməyə səbəb olub.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası baş geoloqu Ələmdar Piriyev APA-ya açıqlamasında deyib ki, hazırda Masazırda müəyyən qədər aktivləşmə var. Çatlarda 1,5-3 sm genişlənmənin müşahidə olunduğunu deyən Ə.Piriyev qeyd edib ki, yağışların intensivləşməsi nəticəsində sürüşmə inkişaf edib.
 
Onun sözlərinə görə, Qonaqkənd, Lənkəran-Astara yolunda da cüzi uçqun-çöküntü baş versə də, fəaliyyətdə olan davamlı sürüşmə baş verməyib. Bakının və Abşeronun digər yerlərindəki sürüşmə sahələrində isə tam sakitlikdir.
 





04.07.2016    çap et  çap et