525.Az

Qırğız prezidenti ilk klipini hazırlayıb - Video


 

Qırğız prezidenti ilk klipini hazırlayıb - <b style="color:red">Video</b> Qırğız Respublikasının prezidenti Almazbek Atambayev öz yazdığı mahnıya klip hazırlayıb.
 
APA-nın “gazeta.kg” saytına istinadən verdiyi məlumata görə, “Taleyin acığına” adlı mahnının videoklipi iyulun 2-dən Youtube” kanalına yerləşdirilib və 70 min dəfə izlənilib.
 
Mahnının söz və musiqisi Almazbek Atambayevə aiddir. Musiqisini də prezident gitarada ifa edərək özü oxuyub.
 
“Taleyin acığına” mahnısı prezidentin ilk müəllif musiqilərindəndir.
 
Musiqinin klipi Melis Ubukeyevin “Əyalət sevgisi” adlı filmindən olan kadrlar əsasında yığılıb.

 





04.07.2016    çap et  çap et