525.Az

Bayram günü hava necə olacaq?


 

Bayram günü hava necə olacaq? <b style="color:red"></b> İyulun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal var. Şimal küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.
 
Tibbi meteoroloji proqnoza gəlincə, iyulun 6-7-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüd meteohəssas insanlar üçün əlverişlidir.
 





05.07.2016    çap et  çap et