525.Az

Ramazan bayramı qeyd olunur


 

Ramazan bayramı qeyd olunur<b style="color:red"></b> Azərbaycanda bu gün və sabah Ramazan bayramıdır.
 
APA-nın məlumatına görə, bu gün saat 09:00-da bayram namazı qılınacaq.
 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıdakı Təzə Pir məscidində bayram namazına qatılacaq.
 
QMİ Qazılar Şurası və Elmi-Dini Şurasının builki Ramazan ayı fətvasında müsəlmanlar üçün müqəddəs ayın 1-nin miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf etdiyi bildirilir.
 
Fətvada Ramazan bayramının isə Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf etdiyi qeyd edilir.
 
Bayramla əlaqədar iyulun 6-sı və 7-si ölkədə qeyri-iş günüdür.
 





06.07.2016    çap et  çap et