525.Az

Kəmaləddin Heydərov Ucarda qəbul keçirəcək


 

Kəmaləddin Heydərov Ucarda qəbul keçirəcək<b style="color:red"></b> Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 8 iyul 2016-cı il tarixində Ucar şəhərində Heydər Əliyev Mərkəzində saat 10.00-dan vətəndaşların qəbulu keçiriləcək.
 

Fövqəladə Hallar Nazirliyindən (FHN) 525.az-a verilən məlumata görə, qəbulda Ucar, Zərdab, Kürdəmir, Göyçay rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
 
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
 
Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti 153) 7 iyul 2016-cı il tarixində saat 09.00-da başlayacaq.
 
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
 





06.07.2016    çap et  çap et