525.Az

DİN Bakıda baş vermiş partlayış barədə məlumat yayıb


 

DİN Bakıda baş vermiş partlayış barədə məlumat yayıb<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi (DİN) Bakıda sexdə baş vermiş partlayışla bağlı məlumat yayıb.
 
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 5-də saat 03 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Bakı şəhər sakini Azər Kərimova məxsus “Golden Water” MMC-nin "Lider-Cola" istehsalat sexində quraşdırılmış, içərisində karbon qazı olan 4 tonluq dəmir çən partlayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, sexin 1500-2000 kvadrat metr ərazisi, hasarı dağılıb, inzibati binanın və yaxınlıqdakı 3 evin şüşələri sınıb, dam örtükləri yararsız hala düşüb.

 





06.07.2016    çap et  çap et