525.Az

Bakıda “Ana harayı” abidəsini ziyarət davam edir


 

Bakıda “Ana harayı” abidəsini ziyarət davam edir<b style="color:red"></b>

Ziyarətçilər arasında diplomatik korpusun nümayəndələri də var

Bu gün səhər saatlarından başlayaraq Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Xocalı» abidəsi ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunur. APA-nın məlumatına görə, abidəni ilk olaraq prezident İlham Əliyev, Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları ziyarət ediblər.
 
Daha sonra çoxsaylı ziyarətçilər əllərində «Şəhidlər ölməz, vətən bölünməz», «Xocalını unutmayaq», «Xocalının qisası sabaha qalmasın» və s. kimi şüarlarla Xocalı prospekti boyunca yürüş edib və abidəni ziyarət ediblər.
 
Abidəni ziyarət edənlər arasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun,  diplomatik korpusun nümayəndələri də olub.

 





26.02.2013    çap et  çap et