525.Az

Şabranda yerləşən Xaltan qəbirstanlığında yanğın


 

Şabranda yerləşən Xaltan qəbirstanlığında yanğın <b style="color:red"></b>

Şabran ərazisində yerləşən Xaltan qəbirstanlığında yanğın başlayıb.

“Report”un Şimal bürosu xəbər verir ki, yanğın Taxtalar kənd ərazisinin biçilmiş əkin sahəsində başlayıb və qəbirstanlığa keçib.

Yanğın nəticəsində qəbirlərin bir çoxunun sinə və baş daşları tanınmaz hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şabran rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda 20 hektar sahəni əhatə edən yanğın davam edir. Əraziyə əlavə yanğınsöndürən maşınlarının gətiriləcəyi gözlənilir.

 





07.07.2016    çap et  çap et