525.Az

Tanınmış tarixçi vəfat etdi


 

Tanınmış tarixçi vəfat etdi<b style="color:red"></b> Azərbaycanın tanınmış arxeoloq- tarixçisi, tarix elmləri namizədi  Fazil Osmanov vəfat edib.
 
APA-nın xəbərinə görə, Fazil Lətif oğlu Osmanov  1936-cı il mayın 10-da Ağsu rayonunun Sanqalan kəndində anadan olub.

Sabir adına Şamaxı Pedaqoji Texnikumunda orta ixtisas təhsili alıb, Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universitetinin) tarix fakültəsində oxuyub.

1968-ci ildə "Qafqaz Albaniyasının maddi mədəniyyəti (e.ə. III – b. e. III əsrləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb.
 





07.07.2016    çap et  çap et