525.Az
Gülər Əhmədovanın məhkəməsi iyulun 12-də davam etdiriləcək
Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi iyulun 12-də davam etdiriləcək.
APA-nın məlumatına görə, bu barədə G. Əhmədovanın vəkili Adəm Məmmədov bildirib.
Məhkəmənin bu günün ikinci yarısında qərarı elan edəcəyi gözlənilsə də, vəkilə iclasın iyulun 12-nə təxirə salındığı deyilib.
08.07.2016
çap et