525.Az

"Çəkisi 500 qramdan artıq körpələrin 40%-ni xilas etmək mümkün olur"


 

"Çəkisi 500 qramdan artıq körpələrin 40%-ni xilas etmək mümkün olur"<b style="color:red"></b> Azərbaycanda ana və uşaqların sağlamlığı daim diqqət mərkəzindədir.
 
APA-nın xəbərinə görə, səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin kollegiya iclasında bildirib ki, ölkədə ana ölümü göstəricisi 34,2-dən 14,4-ə düşüb.
 
Nazir qeyd edib ki, ana və uşaq sağlamlığı ilə bağlı ötən ildən etibarən beynəlxalq təşkilatların tövsiyələrinə uyğun olaraq diridoğulmanın yeni meyarlarına keçilib:

“Əvvəllər çəkisi 1000 qramdan az olan uşaqlar diridoğulmuş kimi qeydiyyata alınmırdısa, indi kütləsi 500 qramdan artıq olan bütün körpələr diridoğulmuş sayılır və onlara tam həcmli tibbi yardım göstərilir.

Tibb işçilərinin səyi nəticəsində onların təxminən 40%-ə qədərini xilas etmək mümkün olur. Bu isə hətta Avropa üçün də çox yüksək göstəricidir".
 





09.07.2016    çap et  çap et