525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> İyulun 11-i Dünya Əhalisi Günüdür.

Bu günü 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu təsis edib və ilk dəfə 1990-cı ildə 90-dan çox ölkə tərəfindən qeyd edilib.

Məqsəd dünya əhalisi məsələləri ilə məlumatı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.
 
11 iyul dünyada həm də şokolad günü kimi qeyd edilir.

Bu günü 1995-ci ildə fransızlar təsis ediblər.
 
1921-ci il. Qızıl Ordu Monqolustanı Ağ Ordunun əlindən xilas edib və Monqolustan Xalq Respublikasının əsasını qoyub.

Görkəmli şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi Abbas Səhhət (1874-1918) 44 yaşında vəfat edib.
 





11.07.2016    çap et  çap et