525.Az

“Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın ikicildliyi türk dilində


 

“Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın ikicildliyi türk dilində<b style="color:red"></b>

Türkiyənin paytaxtı Ankarada Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” işıq üzü görüb.

Mərkəzdən 525.az-a verilən məlumata görə, “Bengü” nəşriyyatı tərəfindən çap olunan ikicildlikdə Azərbaycanın XX əsrdə yazıb-yaratmış yazıçı və şairlərinin əsərləri yer alıb.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatı bu formatda türk oxucusuna ilk dəfə təqdim olunur.

Əsərləri Türkiyə türkcəsinə Qəmər Alxanova və Kəmalə Ələkbərova tərcümə edib.

Antologiyanın təqdimat mərasimi 14 iyul tarixində Ankarada, TÜRKSOY-un binasında keçiriləcək.

Cavid QƏDİR

 





11.07.2016    çap et  çap et