525.Az

Müdafiə Sənayesi Nazirliyində yeni təyinatlar


 

Müdafiə Sənayesi Nazirliyində yeni təyinatlar <b style="color:red"></b> Müdafiə Sənayesi Nazirliyində yeni vəzifə təyinatları olub.
 
APA-nın məlumatına görə, Müdafiə Sənayesi Nazirliyinin müdafiə təyinatlı məmulatların istehsalı şöbəsinin müdiri Səlahəddin Əsgərov vəzifəsindən azad edilib.
 
Bu vəzifəyə Müdafiə Sənayesi Nazirliyinin mülki məmulatların istehsalı şöbəsinin müdiri vəzifəsindən azad edilən Vəli Fətəliyev təyin edilib.
 
Müdafiə Sənayesi Nazirliyinin mülki məmulatların istehsalı şöbəsinin müdiri vəzifəsinə isə Rasim Tahirov təyin edilib.
 





11.07.2016    çap et  çap et