525.Az

Bərdədə əkizlərdən biri doğuş zamanı öldü


 

Bərdədə əkizlərdən biri doğuş zamanı öldü<b style="color:red"></b> Bərdədə yeni doğulan uşaq ölüb.
 
APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Rayon sakini, 1994-cü il təvəllüdlü Aysel Qocayeva dünyaya əkiz uşaq gətirib. Onlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır.
 
A.Qocayevanın yaxınlarının APA-ya verdiyi məlumata görə, yeni doğulan körpələrdən biri qız, digəri oğlan olub. Ölən körpə oğlandır.
 
Ailə üzvləri körpənin ölümündə xəstəxananın həkimlərini günahlandırır, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildiriblər.
 
Xəstəxanadan məsələyə münasibət bildirmək istəməyiblər.
 





12.07.2016    çap et  çap et