525.Az

QMİ-nin sabiq sektor müdirinin məhkəməsi başlayıb


 

QMİ-nin sabiq sektor müdirinin məhkəməsi başlayıb<b style="color:red"></b> Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmə baxışı iyulun 19-na təyin olunub.
 
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.
 





12.07.2016    çap et  çap et