525.Az

Hikmət Hacıyev: “Ermənistan siyasi təxribatlara yol verir”


 

Hikmət Hacıyev: “Ermənistan siyasi təxribatlara yol verir”<b style="color:red"></b>

“Ermənistanın son iki ildə yeritdiyi siyasət və taktikaya nəzərə yetirdikdə, bu ölkənin münaqişənin həllində hər hansı irəliləyişləri əngəlləyərək siyasi təxribatlara yol verdiyini görürük”.
 
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev Milli Diplomatiya Günü münasibətilə keçirilən tədbir çərçivəsindəki panel iclasında çıxışı zamanı deyib.
 
H. Hacıyev bildirib ki, Ermənistan apardığı siyasətlə danışıqlar prosesində irəliləyişin qarşısını almağa çalışır:

“Məsələn, Ermənistan ötən müddət ərzində Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlər keçirib”.
 
XİN sözçüsü Azərbaycanın xarici siyasətində əsas diqqət mərkəzində olan məsələlərdən birinin də TAP və TANAP layihələri olduğunu söyləyib:

“Bu layihələrin həyata keçməməsində maraqlı olan müəyyən dairələr var. Bununla belə, Qərb dövlətləri TAP və TANAP layihələrinin həyata keçməsində maraqlıdır”.

 





12.07.2016    çap et  çap et