525.Az

"Qarabağ" qalib gəldi


 

"Qarabağ" qalib gəldi<b style="color:red"></b>

Dünən Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" 2016/17 mövsümündə ilk matçına çıxıb.

Ağdam təmsilçisi evdə Lüksemburq çempionu "Düdelanj"ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda "Qarabağ" 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək.

12 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu

21:00. "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) - 2:0 Qollar: Riçard Almeyda, 10 (1:0), 28 (2:0)
Baş hakim
: Orel Qrinfild
Yan xətt hakimləri: Danni Krasikov, İdan Yarkoni
Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)

 





13.07.2016    çap et  çap et