525.Az

"Qarabağ"a üç qol vura bilərik"


 

"Qarabağ"a üç qol vura bilərik"<b style="color:red"></b>

"Düdelanj"ın futbolçusu Kevin Nakaçe Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a məğlub olduqları oyundan (0:2) sonra Qol.Az-ın suallarını cavablandırıb.

- Oyun haqqında nə deyə bilərsən?

- Çox çətin oyun oldu. İlk hissəyə gözləmədiyimiz qədər bərbad başladıq. Lakin ikinci hissədə özümüzə gələ bildik. İkinci hissədə oyunun hakimiyyəti demək olar ki, tam olaraq bizdə idi. Hər şeyə cavab qarşılaşmasında aydınlıq gələcək.

- Baş məşqçiniz oyuna qələbə üçün çıxacağınızı demişdi...

- Qələbə qazana bilməməyimizin səbəbi ilk hissədəki pis oyunumuz oldu. Taktiki cəhətdən rəqibi yaxşı analiz etməmişdik.

- Cavab qarşılaşmasında "Qarabağ"ın qapısına üç qol vurmağınız nə dərəcədə inandırıcıdır?

- Biz bunu bacara bilərik. Azərkeşlərimizin önündə, öz meydanımızda hər şey başqa olacaq

 





13.07.2016    çap et  çap et