525.Az

Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir


 

Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir<b style="color:red"></b> Bu gün Qazaxıstanın paytaxtı Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir.
 
APA-nın xəbərinə görə, görüşdə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin razılaşdırılması, Xəzərdə əməkdaşlığın müxtəlif istiqamətləri, Astanada keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.
 
Görüşdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.
 





13.07.2016    çap et  çap et