525.Az

İran Xəzəryanı dövlətləri daimi regional orqan yaratmağa çağırıb


 

İran Xəzəryanı dövlətləri daimi regional orqan yaratmağa çağırıb<b style="color:red"></b> “Xəzər dənizində stabillik və təhlükəsizlik region ölkələri üçün fundamental əhəmiyyət kəsb edir. Su hövzəsindən ancaq sülh məqsədləri ilə istifadə edilməsi məqsədinə sadiq olmalıyıq”.
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.
 
O bildirib ki, danışıqlarda müşahidə olunan ümumi qarşılıqlı anlaşma atmosferi nəticələrlə bağlı daha çox optimizm vəd edir.
 
Nazir ətraf mühitin qorunmasının vacibliyini də vurğulayıb və dövlətləri bioloji resurslardan qeyri-rasional istifadə etməkdən çəkinməyə çağırıb.
 
M. C. Zərif Xəzəryanı dövlətləri daimi regional orqan yaratmağa çağırıb: “Onun tərkibi, vəzifələri və səlahiyyətləri Xəzəryanı dövlətlər arasında birgə məshələtləşmələr yolu ilə müəyyən edilə bilər”.
 





13.07.2016    çap et  çap et