525.Az

Bu il yol-nəqliyyat hadisələrində 304 nəfər ölüb


 

Bu il yol-nəqliyyat hadisələrində 304 nəfər ölüb<b style="color:red"></b> Azərbaycanda bu ilin 6 ayında baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
 
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki,  6 ayda ölkədə 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 304 nəfər həlak olub, 970 nəfər xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 140 fakt (13,4%), həlak olanların sayı 103 nəfər (25,3%), xəsarət alanların sayı 147 nəfər (13,2%) azalıb.
 
Bakıda 323 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 73 nəfər həlak olub, 342 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və xəsarət alanların  sayı uyğun olaraq 69 fakt (17,6%), 45 nəfər (38,1%), 72 nəfər (17,4 %) azalıb.
 





13.07.2016    çap et  çap et