525.Az

Prezidentdən İtaliya rəhbərliyinə başsağlığı


 

Prezidentdən İtaliya rəhbərliyinə başsağlığı <b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın baş naziri Matteo Renziyə məktub göndərib.

APA-nın xəbərinə görə, məktubda deyilir: 
 
“Hörmətli cənab baş nazir. İtaliyanın cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çoxlu sayda insanın tələf olması və xəsarət alması xəbəri məni son dərəcə kədərləndirib. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
 
Prezident İlham Əliyev İtaliya prezidenti Serjio Mattarellaya da hadisə ilə əlaqədar başsağlığı verib.
 
Xatırladaq ki, iyulun 12-də İtaliyada iki qatarın toqquşması nəticəsində 30-a yaxın adam ölüb.
 





13.07.2016    çap et  çap et