525.Az

Əhalinin sayı açıqlandı


 

Əhalinin sayı açıqlandı<b style="color:red"></b> 2016-cı il iyunun 1-nə olan məlumata əsasən Azərbaycan əhalisinin sayı 9 milyon 747 min 400 nəfərə çatıb. İlin əvvəlindən ölkə əhalisinin sayı 41,8 min nəfər və ya 0,4% artıb.
 
Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.
 
Ölkə əhalisinin ümumi sayının 53,1%-i şəhər, 46,9%-i kənd sakinləri, 49,8%-i kişi, 50,2%-i isə qadındır. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.
 
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 65 min 300 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,3 nəfər təşkil edib. Doğulan körpələrin 53,2%-i oğlan, 46,8%-i qız uşaqlarından ibarət olub. Körpələrin 1174-ü əkiz, 30-u üçəm doğulub.
 
Cari ilin yanvar-may ayları ərzində ölkədə 24 min 300 min ölüm halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 nəfər olub.
 





14.07.2016    çap et  çap et