525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1969–cu il. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda yekdil qərarla Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Heydər Əliyev istər 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, 1983-1987-ci illərdə SSRİ rəhbərliyində çalışdığı zaman, istərsə də Azərbaycana rəhbərlikdən kənarda olduğu 1988-1993-cü illərdə və 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra hər zaman öz xalqı ilə bir olub, bütün siyasi qərarlarında xalqa arxalanıb.
 
1989-cu il. Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi (Stepanakert) şəhərində azərbaycanlı əhaliyə qarşı terror aktı həyata keçirilib.

R.Zorge küçəsi, 51 ünvanında törədilən partlayış nəticəsində onlarla insan yaralanıb, 26 azərbaycanlı ailəsi evsiz qalaraq şəhəri tərk etməli olub.
 
1918-ci il. Azərbaycan ordusu Karrar stansiyasını (Kürdəmir) bolşevik daşnak qoşunundan azad edib.
 
1920-ci il. Azərbaycan İnqilab Komitəsi Bakı Universitetinin müəllim və professor heyətini hərbi səfərbərlikdən azad edib.
 
1992-ci il. Azərbaycan Mülki Aviasiya haqqında Beynəlxalq Konvensiyaya qoşulub.
 
1952-ci il. “General Motors” kütləvi istehsal olunan avtomobillərdə kondisioner quraşdırmağa rəsmən start verib
 





14.07.2016    çap et  çap et