525.Az

Metrodan istifadə edənlərin sayında azalma davam edir


 

Metrodan istifadə edənlərin sayında azalma davam edir<b style="color:red"></b> Cari ilin yanvar-iyun aylarında Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb.
 
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 109,3 milyon nəfər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% azdır.
 
Xatırladaq ki, yanvar-may aylarında metrodan istifadə edənlərin sayı 2,7% azalaraq 91,7 milyon nəfər olub.
 
Ümumilikdə nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,9%-i metronun payına düşür.
 





14.07.2016    çap et  çap et