525.Az

“Qəbələ” kağız üzərində favoritdir”


 

“Qəbələ” kağız üzərində favoritdir” <b style="color:red"></b>

“Rəqibə qarşı çox diqqətli olmalıyıq. Çünki “Qəbələ” mübarizədən kənarlaşdırdığımız “Aktobe”dən daha güclüdür”.

Qol.az-ın məlumatına görə, bu sözləri Macarıstanın MTK klubunun baş məşqçisi Teodoru Vasilizs yerli mətbuata açıqlamasında deyib.

Avropa Liqasının II təsnifat mərhələsində bu gün “Qəbələ” ilə keçiriləcək oyun haqda danışan baş məşqçi rəqibi yüksək qiymətləndirməklə yanaşı komandasına inandığını da bildirib:

“Təsadüfi deyil ki, “Qəbələ” ötən mövsüm Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. Buna baxmayaraq, mən öz komandama güvənirəm. Doğma meydanda güclü rəqibə qalib gələ bilərik”.

Teodor Vasilizs komandaların şanslarını da dəyərləndirib: “Rəqib kağız üzərində favoritdir.  Bizim də məqsədimiz qələbə qazanmaqdır. Bərabərlik də yaxşı nəticə olardı”.

Qeyd edək ki, bu gün keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

 





14.07.2016    çap et  çap et