525.Az

“Media Kuboku” velosiped yarışı keçiriləcək


 

“Media Kuboku” velosiped yarışı keçiriləcək<b style="color:red"></b>

22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası mətbuat nümayəndələri arasında növbəti “Media Kuboku” yarışı keçirəcək.

AZƏRTAC xəbər verir ki, turnirdə mətbuat sahəsində çalışan bütün əməkdaşlar (jurnalist, operator, rejissor, fotoqraf və s.), həmçinin müxtəlif qurumların mətbuat xidmətləri nümayəndələri də iştirak edə bilər.

İştirakçılar federasiya tərəfindən velosiped və baş geyimi ilə təmin ediləcək. Qeydiyyat prosesi yarışın startından 1 saat əvvəl başlayacaq. “Media Kuboku”nda iştirak etmək istəyənlərdən xahiş olunur ki, qeydiyyata alınmaq üçün iş yerinin vəsiqəsini özləri ilə götürsünlər. Qalibləri qiymətli hədiyyələr gözləyir.

Məlumat üçün qeyd edək ki, yarış iyulun 22-də saat 18:00-da Veloparkda (Şıxov) başlayacaq.

 





14.07.2016    çap et  çap et