525.Az

“Azərbaycan və Ukrayna hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir"


 

“Azərbaycan və Ukrayna hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir"<b style="color:red"></b> “Ukrayna və Azərbaycan neft nəql olunması üçün Odessa-Brodi layihəsinin reallaşdırılmasında maraqlıdır”.
 
APA-nın “interfax.com.ua” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Pyotr Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
 
“Biz ciddi şəkildə Odessa-Brodi layihəsinin reallaşdırılmasını müzakirə etdik, çünki Azərbaycan Avropa bazarına böyük həcmdə neft ixrac edir”, - deyə o, söyləyib.
 
Azərbaycan dövlət başçısı iki ölkənin hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu açıqlayıb.
 
Prezident qeyd edib ki, birgə sənaye komplekslərinin yaradılması çox vacibdir:

“Həm ağır sənaye, hə də hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində yaxşı imkanlar var".
 
Pyotr Poroşenko isə Azərbaycan ərazisində "An-178" nəqliyyat təyyarələrinin istehsalı üçün birgə müəssisənin yaradılması imkanlarını müzakirə etdiklərini deyib:
 
“Ən perspektiv layihələrdən biri Azərbaycana "An-178" təyyarələrinin göndərilməsi və gələcəkdə bu təyyarələrin Azərbaycan ərazisində birgə istehsalı ilə bağlıdır”.
 





14.07.2016    çap et  çap et