525.Az

Çavuşoğlu Azərbaycana gəlir


 

Çavuşoğlu Azərbaycana gəlir<b style="color:red"></b> Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovun dəvəti əsasında 14-15 iyul tarixlərində Azərbaycanda səfərdə olacaq.
 
APA-nın Türkiyə Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, M. Çavuşoğlunun Bakıda keçirəcəyi görüşlərdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
 
M. Çavuşoğlunun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən də qəbul edilməsi gözlənilir.
 





14.07.2016    çap et  çap et