525.Az

Prezident: "SOCAR Ukraynaya 200 milyon dollardan çox sərmayə qoyub"


 

Prezident: "SOCAR Ukraynaya 200 milyon dollardan çox sərmayə qoyub"<b style="color:red"></b> “Biz çox ciddi tapşırıqlar verdik və şübhəm yoxdur ki, bu tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkələrimiz bir-birinə daha yaxın olacaq və ticarət dövriyyəsi artacaq. Çünki ticarət dövriyyəsinin səviyyəsi nə Azərbaycanı, nə də Ukraynanı qane edir”.
 
APA-nın “interfax.com.ua” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Pyotr Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

O deyib ki, danışıqlar nəticəsində birgə investisiya layihələri ilə bağlı tapşırıqlar verilib:
 
“Hər iki ölkənin investisiya potensialının yenidən nəzərdən keçirilməsi üçün tapşırıq verilib, çünki bu məsələdə qarşılıqlı maraq mövcuddur”.
 
Azərbaycanın dövlət başçısı SOCAR-ın Ukrayna bazarında aktiv fəaliyyət göstərdiyini və Ukraynada 60-dan çox yanacaqdoldurma məntəqəsi açaraq, bu ölkəyə 200 milyon dollardan çox investisiya yatırdığını vurğulayıb.
 





14.07.2016    çap et  çap et