525.Az

Mourinyo İbrahimoviçi Çinə aparmadı


 

Mourinyo İbrahimoviçi Çinə aparmadı<b style="color:red"></b>

"Mançester Yunayted" klubu yeni mövsüm öncəsi turnirdə iştirak etmək üçün bu gün Çinə yola düşəcək.

Qol.az-ın "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, komandanın yeni transferi Zlatan İbrahimoviç Asiya ölkəsinə aparılmayacaq.

Mançester təmsilçisinin baş məşqçisi Joze Mourinyo isveçli forvardı Çinə aparmağı lazım bilməyib. O, yeni mövsüm öncəsi 34 yaşlı futbolçuya istirahət verməyi qərara alıb.

Qeyd edək ki, "Mançester Yunayted" Çindəki turnirdə "Mançester Siti" və "Borussiya" (Dortmund) klubu ilə qarşılaşacaq.

 





14.07.2016    çap et  çap et