525.Az

Fransa-Azərbaycan Universitetinə qəbul qaydaları açıqlandı


 

Fransa-Azərbaycan Universitetinə qəbul qaydaları açıqlandı<b style="color:red"></b> Fransa-Azərbaycan Universiteti (UFAZ) 2016/2017-ci ci tədris ili üzrə tələbə qəbulunun qaydaları açıqlanıb.
 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən 525.az-a verilən məlumata görə, UFAZ ixtisaslarına ali təhsil müəssisəsinə qəbul imtahanı zamanı l qrup üzrə 500 və daha çox bal toplayan hər bir abituriyent müraciət edə bilər.

Sənədlərin qeydiyyatı 18 – 23 iyul tarixləri arasında onlayn rejimdə (ufaz.edu.az saytında) və ya çap olunmuş şəkildə saat 10.00-dan 17.00-dək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə təqdim edilməklə baş tutur.
 
Qeydiyyata alınmış abituriyentlər iyulun 27-si saat 10.00-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçiriləcək imtahanda iştirak edəcəklər. 2 saat davam edəcək imtahan hər birində 10 sual olmaqla Azərbaycan və rus dillərində riyaziyyat, kimya, fizika və ümumi biliklər bölməsindən və ingilis dilində yazılacaq 2 esseden ibarətdir. Test sualına verilmiş hər bir düzgün cavab 2 balla, hər bir esse maksimum 10 balla qiymətləndirilir. Test bölməsində 2 yanlış cavab bir düz cavabı ləğv edir.
 
UFAZ müsabiqəsindən keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.
 





15.07.2016    çap et  çap et