525.Az

Şoyqu: “Suriya hadisələri Orta Asiya və Cənubi Qafqazda təkrarlana bilər”


 

Şoyqu: “Suriya hadisələri Orta Asiya və Cənubi Qafqazda təkrarlana bilər”<b style="color:red"></b> “Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində yeni hərbi münaqişələrin yaranması ehtimalı mövcuddur”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

“Dünyada hazırkı vəziyyətin inkişafının analizi göstərir ki, yaxın perspektivdə yeni hərbi münaqişələrin yaranması ehtimalı var. Suriyadakı böhranlı vəziyyət hər hansı bir ölkədə, o cümlədən, Mərkəzi Asiya və Qafqazın postsovet dövlətlərində təkrarlana bilər.

Bu şərtlərdə Rusiya potensial təhdidlərə qarşı adekvat reaksiya verməyə məcbur olacaq”, - deyə Rusiyanın müdafiə naziri qeyd edib.
 





15.07.2016    çap et  çap et